19 noyabr 2025 - 15:20
ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxmdı; 2000 iş yeri ixtisar olunacaq

Ümumdünya Səhiyyə Təşkilatı, ABŞ-ın beynəlxalq qurumdan çıxmasından sonra işçi qüvvəsinin təxminən dörddə bir hissəsini azaldacağını və bunun 2000-dən çox iş yerinə təsir edəcəyini açıqladı.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: "Quardian" qəzetinin məlumatına görə, Donald Tramp yanvar ayında vəzifəyə başladıqdan qısa müddət sonra Ü.S.T-dən çıxdı və bu da təşkilatın öz fəaliyyətini azaltmağa məcbur etdi.

Ümumdünya Səhiyyə Təşkilatı, ən böyük maliyyə dəstəkçisi olan ABŞ-ın çıxmasının elan edilməsindən sonra islahatlar həyata keçirməyə çalışır və gələn ilin ortalarına qədər işçi qüvvəsinin təxminən dörddə bir hissəsinin və ya 2000-dən çox iş yerinin ixtisar ediləcəyini açıqlayıb.

Vaşinqton, BMT-nin səhiyyə agentliyinin ümumi büdcəsinin təxminən 18 faizini təmin edən ən böyük maliyyə dəstəkçisidir.

Beynəlxalq təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus çərşənbə axşamı günü işçilərinə ünvanladığı mesajda bildirib:

"Bu il Ümumdünya Səhiyyə Təşkilatının tarixində ən çətin illərdən biri olub, çünki biz ağrılı, lakin zəruri prioritetləşdirmə və yenidənqurma prosesindən keçdik və bu da işçi qüvvəmizin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Bu proses artıq sona yaxınlaşır."

Sizin rəyiniz

You are replying to: .
captcha