19 noyabr 2025 - 17:00
Source: IRNA
UNIFIL: İsrail atəşkəsdən bəri Livanın hava məkanını 7300 dəfədən çox pozub

Adını açıqlamayan sözçü bildirib ki, UNIFIL cümə axşamı Təhlükəsizlik Şurasına 1701 saylı qətnamənin icrasının gedişatı, o cümlədən atəşkəs sazişinin bütün pozuntuları barədə hesabat təqdim edəcək.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: BMT-nin Livanın cənubundakı sülhməramlı qüvvələrinin (UNIFIL) sözçüsü İsrail rejiminin atəşkəs elan ediləndən bəri ölkənin hava məkanını 7300 dəfə pozduğunu açıqladı.

Adını açıqlamayan sözçü bildirib ki, UNIFIL cümə axşamı Təhlükəsizlik Şurasına 1701 saylı qətnamənin icrasının gedişatı, o cümlədən atəşkəs sazişinin bütün pozuntuları barədə hesabat təqdim edəcək.

O, İsrailin Livanın cənubunda Mavi Xətti (Livan və Şimali Fələstin arasında çəkilmiş xətt) keçən yeni beton divar tikdiyini vurğuladı.

Atəşkəs razılaşmasına əsasən, İsrail ordusu 60 gün ərzində Livanın cənubundan çəkilməli idi, lakin rejim beynəlxalq hüquqa zidd olaraq qoşunlarını bölgədəki beş strateji mövqedə saxladı və oradan çıxmadı.

Sizin rəyiniz

You are replying to: .
captcha