17 noyabr 2025 - 17:04
İranlı taekvondoçu xanım ər-Riyadda qızıl medal qazandı

46 kq çəki dərəcəsində çıxış edən Sayna Kərimi Qazaxıstandan Poqantsova, Türkiyədən dünya çempionu Əminə Qoqbakan və Nigerdən Marima Zəkri üzərində qələbə qazanaraq finala yüksəlib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam Həmrəylik Oyunlarının taekvondo yarışlarının ilk günü, İran İslam Respublikasının qadın tekvandoçularından olan Sayna Kəriminin qızıl, həmçinin iki taekvondoçımız bürünc medal qazanması ilə başa çatıb.

46 kq çəki dərəcəsində çıxış edən Sayna Kərimi Qazaxıstandan Poqantsova, Türkiyədən dünya çempionu Əminə Qoqbakan və Nigerdən Marima Zəkri üzərində qələbə qazanaraq finala yüksəlib.

Final qarşılaşmasında o, Azərbaycan Respublikasının təmsilçisi Minayə Əkbərova ilə üz-üzə gəlib və iki raund ardıcıl üstünlük əldə etməklə rəqibini məğlub edib. Bununla, o, İran taekvondoçularının Ər-Riyaddakı ilk qızıl medalını qazanıb.

Sizin rəyiniz

You are replying to: .
captcha