Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Respublikasının möhtərəm Prezidenti Alicənab Məsud Pezeşkian bu gün, noyabrın 3-də, Energetika Nazirliyinin 24,5 trilyon tümən məbləğində dörd mühüm layihəsinin video-konfrans formatında açılış mərasimində çıxış edərək deyib: “Bir cəmiyyətə, bir millətə, hətta bir ailəyə birlik və həmrəylik qədər güc verən başqa bir amil yoxdur.
Əgər biz xalqın xidmətində olduğumuzu göstərsək və onlar da bizim problemlərinin həlli üçün çalışdığımıza inansalar, xalq özü də bu yolda bizimlə olacaq. 12 günlük müharibə zamanı xalq böyük fədakarlıq nümayiş etdirdi və biz bu həmrəyliyin qədrini bilməli, bütün səylərimizi xalqın problemlərinin həllinə yönəltməliyik.”
Prezident qeyd edib ki, vilayətlər bir-birinin təcrübəsindən istifadə etməlidirlər. O vurğulayıb: “İşləri elə istiqamətləndirməliyik ki, düşmənin zalım və təcavüzkar əlləri bu torpaqdan kəsilsin və xalqımız izzət və qürurla yaşasın.”
Bu gün Prezident Pezeşkianın video-konfrans vasitəsilə istifadəyə verdiyi Energetika Nazirliyinin layihələrinə “Taliqan su anbarından (Ziyaran suqəbuletmə məntəqəsindən) Tehranın və Əlborz vilayətlərinin su təmizləyici stansiyalarına suyun ötürülməsi layihəsi”, “Tehranın Robat-Kərim şəhərində tullantı sularının təmizlənməsi (maye mərhələsi) və kanalizasiya şəbəkəsinin tikintisi layihəsi”, “Şərqi Azərbaycan vilayətində yerləşən Səhənd birləşmiş çevrim elektrik stansiyasının 172 meqavatlıq hissəsinin istifadəyə verilməsi” və “745 meqavat gücündə günəş elektrik stansiyalarının və enerji səmərəliliyinin artırılması layihələrinin icrasına başlanılması” daxildir.
Layihələr ümumilikdə 24,5 trilyon tümən sərmayə ilə istifadəyə verilib. Həmçinin 12,1 trilyon tümən dəyərində bir neçə iri layihənin icrasına da start verilib.
Sizin rəyiniz