Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İQNA - Beynəlxalq Quran Agentliyinin verdiyi məlumata əsasən, Rusiya müftisi ilə Tehran Şəhər Şurasının sədri arasında keçirilən görüşdə Rusiya Müsəlmanlarının Dini İdarəsinin birinci müavini Şeyx Roşən Abbasov İran səfirliyi və onun mədəniyyət attaşesinin mənəvi diplomatiya sahəsində, xüsusilə də BRİKS ölkələrinin Qurani-Kərim mükafatı və Moskva Beynəlxalq Quran Tilavəti Müsabiqəsi kimi beynəlxalq layihələrdə əməkdaşlığı və dəstəyi zəruri hesab etdiyini vurğulayıb. Qeyd olunub ki, 2025-ci ildə bu müsabiqənin qalibi İrandan olan iştirakçı olub.
İran İslam Respublikasının Mədəniyyət və İslam Əlaqələri Təşkilatının ictimai əlaqələr şöbəsinin məlumatına görə, Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran Moskva Cümə Məscidini ziyarət edib və Rusiya Müsəlmanlarının Dini İdarəsinin birinci müavini Şeyx Roşən Abbasovla görüşüb.
Görüşdə İran İslam Respublikasının Rusiyadakı səfirliyinin mədəniyyət attaşesi Məsud Əhmədvənd də iştirak edib.
Mehdi Çəmran görüşdə bildirib ki, məscid qardaşlıq və İslam birliyinin təcəssümüdür. O qeyd edib: “Məscid elə bir məkandır ki, bütün müsəlmanların bərabər və qardaş olduqlarını göstərir. Onlar birgə həmrəy və birləşmiş olmalıdırlar. Qardaşlıq və əməkdaşlıq ruhu məsciddən doğur. Məscidin ruhu İslam qardaşlığı və birliyidir və bu, bu gün dünya müsəlmanları üçün çox vacibdir.”
Şura sədri əlavə edib: “Biz Peyğəmbərdən (s) öyrənmişik ki, hamımız bir olmalıyıq və əgər İslam cəmiyyətinin bir üzvünə zülm edilərsə, biz ona qarşı dayanmalıyıq.”
Çəmran qeyd edib ki, müsəlmanlar tarix boyu məscidlər üçün ən gözəl binaları tikməyə çalışıblar və İranda da memarlığın ən gözəl nümunələri məhz məscidlərdir — məsələn, Şeyx Lütfullah və Gövhərşad məscidləri, hansı ki, bunlar Allaha sevgi və ixlasla inşa olunublar.
Rusiya müftisinin BRİKS ölkələrinin Quran mükafatının təşkili sahəsində İranla əməkdaşlığa vurğusu
Görüşdə Şeyx Roşən Abbasov Rusiya müsəlmanlarının mənəvi lideri Şeyx Ravil Aynuddin adından iranlı heyətə salam və hörmətlərini çatdırıb və Rusiya ilə İran arasındakı qədim dostluq münasibətlərinə toxunub.
O vurğulayıb ki, İran İslam Respublikasının yüksək vəzifəli rəsmilərinin Rusiya Federasiyasına rəsmi səfərlərinin əksəriyyəti Moskva Cümə Məscidinə baş çəkməklə müşayiət olunur və bu, Moskva ilə Tehran arasında mənəvi əlaqələrin yaxınlığını göstərir.
Müfti Roşən Abbasov həmçinin İran səfirliyinin və onun mədəniyyət attaşesinin mənəvi diplomatiya sahəsində, xüsusilə də BRİKS ölkələrinin mənəvi liderlərinin görüşü, İpək Yolu Beynəlxalq Mənəvi Konfransı, BRİKS ölkələrinin Qurani-Kərim mükafatı və Moskva Beynəlxalq Quran Tilavəti Müsabiqəsi kimi beynəlxalq layihələrdə əməkdaşlıq və dəstəyinin əhəmiyyətini vurğulayıb. O əlavə edib ki, 2025-ci ildə bu müsabiqənin qalibi İrandan olan iştirakçı olub.
Sizin rəyiniz