27 oktyabr 2025 - 18:23
Ryabkov: Rusiya İranın yanında, çiyin-çiyinə dayanıb

Ryabkov qeyd edib: “Ümid edirəm ki, ölkələrimizin hər ikisinin keçdiyi bu çox çətin və sınaqlarla dolu dövrdən xəbərdar olan şəxslər, İran və Rusiyanın bir-birinə daha da yaxın dayanmasının zəruriliyini dərk edirlər.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, Moskva dünyanın bəzi ölkələrinin İranın nüvə proqramı ilə bağlı təzyiq və zorakı davranışlarını qətiyyətlə pisləyir və Rusiya İranla çiyin-çiyinə dayanıb.

Ryabkov qeyd edib: “Ümid edirəm ki, ölkələrimizin hər ikisinin keçdiyi bu çox çətin və sınaqlarla dolu dövrdən xəbərdar olan şəxslər, İran və Rusiyanın bir-birinə daha da yaxın dayanmasının zəruriliyini dərk edirlər.”

Rusiya XİN rəsmisi əlavə edib ki, Moskva İran İslam Respublikası ilə bütün sahələrdə – istər iqtisadi, maliyyə, istər nəqliyyat sahəsində mövcud olan çoxsaylı layihələr çərçivəsində əməli əməkdaşlıq, istərsə də nüvə məsələsində – əlaqələri daha da gücləndirməyə hazırdır.

Sizin rəyiniz

You are replying to: .
captcha