25 oktyabr 2025 - 19:11
Bəhreyndə 90-dan çox siyasi məhbus aclıq aksiyasına başlayıb

Aclıq aksiyasında əsasən “Cau” adlanan məşhur həbsxananın 2 və 12 saylı binalarında saxlanılan siyasi və vicdan məhbusları iştirak edirlər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: 6 oktyabrdan etibarən Bəhreyndə 90-dan çox siyasi məhbus uzunmüddətli həbslərə, ağır saxlanma şəraitinə və hüquqi tələblərinə etinasızlığa etiraz olaraq aclıq aksiyası keçirir.

BBC-nin məlumatına görə, aclıq aksiyasında əsasən “Cau” adlanan məşhur həbsxananın 2 və 12 saylı binalarında saxlanılan siyasi və vicdan məhbusları iştirak edirlər. Hesabatda qeyd olunur ki, bu, həmin həbsxanada baş verən ilk aclıq aksiyası deyil — bundan əvvəl də məhbuslar əsasən daha yaxşı şərait və ya qeyd-şərtsiz azadlıq tələbi ilə aclıq aksiyasına qoşulublar.

Məxfi səs yazısında məhbuslardan biri bildirib ki, etirazlar 6 oktyabrda başlayıb — məhbuslar o zaman həbsxana rəhbərliyinə məktublar göndərərək “azadlıq hüququ”nu tələb ediblər. Rəhbərliyin bu müraciətlərə cavab verməməsindən sonra onlar əvvəlcə səhər və axşam yeməklərindən imtina ediblər, lakin 14 oktyabrdan etibarən tam aclıq aksiyasına başlayıblar.

Həmin məhbusun sözlərinə görə, aksiya artıq ikinci həftəyə keçib və təxminən 90 siyasi məhbus iştirak edir. Onlardan bəzilərinin qan şəkəri kəskin düşüb, bəziləri isə huşunu itirərək təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Mənbə bildirib ki, illərdir davam edən işgəncələr, tibbi xidmətin olmaması, su, elektrik, havalandırma və qida çatışmazlığı məhbusların vəziyyətini daha da ağırlaşdırıb. O əlavə edib ki, Daxili İşlər Nazirliyi rəsmilərinin azadlığa buraxılma ilə bağlı vədləri reallığa çevrilmir, çünki siyasi məhbusların adları kral əfv siyahılarına salınmır. Bu əfvlər əsasən xarici vətəndaşlara və ya cinayətkar məhbuslara şamil olunur.

Sizin rəyiniz

You are replying to: .
captcha