Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiy məlumata görə, İspaniya Milli Məhkəməsi, İspaniya polad şirkətinin yüksək vəzifəli rəhbərlərinə qarşı Qəzzada insanlığa qarşı cinayətlərdə və mümkün soyqırımda əlbirlik ittihamları ilə rəsmi istintaq başlandığını açıqladı.
İspaniya Milli Məhkəməsi, "Sedinor" polad şirkətinin üç rəhbəri haqqında hüquqi iş açıldığını açıqladı.
Məlumata görə, bu şəxslər İsrail silah şirkətinə polad satışı ilə əlaqədar insanlığa qarşı cinayətlərdə və ya soyqırımda əlbirliyə görə məsuliyyətə cəlb ediliblər.
Məhkəmənin açıqlamasına görə, İspaniya şirkəti hökumətdən rəsmi icazə almadan və əməliyyatı qanuni olaraq qeydiyyata almadan İsrailin Qəzzaya hücumlarında istifadə edilən silahların istehsalında birbaşa istifadə edilən metalları satıb.
Sizin rəyiniz