Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, İraq hökumətinin milli təhlükəsizlik üzrə müşaviri Qasim Əl-Ərəcinin başçılıq etdiyi yüksək rütbəli İraq nümayəndə heyəti Silahlı Qüvvələrin Baş Qərargahında Silahlı Qüvvələrin komandanı general-mayor Seyid Əbdülrəhim Musəvi ilə görüşüb və müzakirələr aparıb.
General-mayor Musəvi görüşün əvvəlində iki xalq arasında dərin qardaşlıq olduğunu vurğulayaraq dedi: Amerikalıların ən mühüm narahatlıqlarından biri İran və İraq xalqı arasında olan bu qardaşlıq və rəğbətdir ki, bunun təsir və faydalarını düşmənlər yaxşı anlayıblar.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi amerikalıların İraqın işğalındakı mənfur planına toxunaraq deyib: Əgər sionist rejim və ABŞ-ın İran İslam Respublikasına qarşı son hücumları baş verməsəydi, bəlkə də ABŞ-ın İraq fəzasına nəzarət etmək niyyətləri hər kəsə açıq-aşkar görünməzdi.
General-mayor Musəvi habelə iki ölkə arasında təhlükəsizlik sazişinin tam şəkildə həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
İraqın milli təhlükəsizlik müşaviri regionda təhlükəsizliyin daha effektiv qorunması üçün hərbi, siyasi və iqtisadi əməkdaşlığın səviyyəsinin yüksəldilməsi zərurətini vurğulayaraq, İraq hökuməti və muxtariyyət hökumətin İranın təhlükəsizliyinin vacibliyi ilə bağlı mövqeyini vurğuladı və dedi: Biz İran İslam Respublikası ilə təhlükəsizlik sazişinin müddəalarının həyata keçirilməsinə sadiqik.
Qasim Əl-Ərəci əlavə edib: Heç bir ölkəyə İraqın ərazi bütövlüyündən istifadə edərək qonşu ölkələrin, xüsusilə də İran İslam Respublikasının təhlükəsizliyinə qarşı hərəkət etməyə icazə verilmir.
İclasda iştirak edən İraq Kürd Muxtariyyəti Rəhbərliyinin daxili işlər naziri də hökumətin iki ölkə arasında təhlükəsizlik razılaşmasının həyata keçirilməsi, o cümlədən Şimali İraqdakı silahlı anti-inqilabçı qrupların tərksilah edilməsini davam etdirmək əzmində olduğunu vurğulayıb və deyib: Muxtariyyət ərazisi İran İslam Respublikasına qarşı hərəkat mənbəyi olmayacaq.
Sizin rəyiniz