22 oktyabr 2025 - 17:37
Sərhədsiz Reportyorlar təşkilatı xarici jurnalistlərin Qəzzaya buraxılmasına çağırır

Təşkilat Xarici Mətbuat Assosiasiyasının sərhədlərin müstəqil jurnalistlərə açılmasını tələb edən qanuni petisiyasına qoşulduğunu açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sərhədsiz Reportyorlar təşkilatı Qəzza zolağındakı vəziyyəti və İsrail ordusunun iki ildən artıqdır bölgəyə qarşı apardığı dağıdıcı və cinayətkar müharibənin nəticələrini işıqlandırmaq üçün Qəzza zolağının xarici media və jurnalistlərə açılmasını istəyib.

Təşkilat Xarici Mətbuat Assosiasiyasının sərhədlərin müstəqil jurnalistlərə açılmasını tələb edən qanuni petisiyasına qoşulduğunu açıqlayıb.

Sərhədsiz Reportyorlar təşkilatı qeyd edib ki, beynəlxalq jurnalistlərin Qəzza zolağına daxil olmasının qarşısının alınması fələstinli jurnalistləri daha da təcrid edir, onları İsrail rejiminin məhvetmə və dezinformasiya kampaniyaları ilə üz-üzə qoyur. Bundan əlavə, Qəzza zolağında baş verənləri işıqlandırarkən onların sahədə üzləşdiyi böyük risklər də mövcuddur.

Sizin rəyiniz

You are replying to: .
captcha