Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qüds Qərargahının ictimaiyyətlə əlaqələr bölməsi bəyanat yayaraq, Sistan və Bəlucistan əyalətində sünni tayfalarının ağsaqqalları və başçılarına qarşı törədilən son terror hücumları və onların şəhid edilməsini sərt şəkildə pisləyib.
Bəyanatda vurğulanıb: Bölgənin ayıq, uzaqgörən və sadiq xalqı İslamın və əziz İranın düşmənlərinin bütün fitnələri qarşısında birləşmiş şəkildə və qətiyyətlə dayanmağa davam edəcək.
Bəyanatda həmçinin qeyd olunub: Cənub-şərq bölgəsinin igid və imanlı xalqının birliyi, qardaşlığı və dinc birgəyaşayışı həmişə örnək olub. Bu torpağın düşmənləri kor və namərd hərəkətləri ilə milli həmrəyliyi pozmağa çalışırlar.
Murdar sionist İsrail rejiminə bağlı muzdlu və satılmış qruplar, Sistan və Bəlucistanda sünni tayfalarının bir sıra ağsaqqallarını və tanınmış şəxslərini – o cümlədən şəhidlər Molla Kamal, Rza Azərkiş, Pərviz Kədxudayi, Şəms Askani və digərlərini – qətlə yetirməklə öz rəzil və İslam düşməni mahiyyətlərini bir daha sübut etdilər.
Bu cinayətlərin təşkilatçıları və icraçıları yaxın zamanda öz rüsvayçı əməllərinin cəzasını alacaqlar. İran İslam Respublikasının qüdrətli təhlükəsizlik və hərbi qüvvələri bu vəhşi və terrorçu hərəkətlərə qəti və layiqli cavab verəcəklər.
Sizin rəyiniz