Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin sədri Məhəmmədbağır Qalibaf İraqın Milli Təhlükəsizlik müşaviri Qasım əl-Ərci ilə görüşdə iki ölkə arasında imzalanmış təhlükəsizlik sazişinin icrasının zəruriliyini vurğulayıb.
Qalibaf görüş zamanı bildirib: Bu saziş hər iki ölkə və region üçün davamlı və uzunmüddətli təhlükəsizliyin təmin olunması istiqamətində ciddi addımın başlanğıcıdır.
Milli Məclisin sədri qeyd edib ki, İran və İraq arasında ikitərəfli və regional əməkdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir:
Biz münasibətlərimizi daha da dərinləşdirməli və bilməliyik ki, təhlükəsizlik sazişləri İslam dünyası və ümmətinin birliyinə qarşı mövcud təhlükələrə qarşı bütövlüyün qorunması məqsədini daşıyır.
Qasım əl-Ərci isə görüşdə İran və İraq arasında münasibətləri çox səmimi adlandıraraq deyib: Biz hesab edirik ki, İranın təhlükəsizliyi ilə İraqın təhlükəsizliyi bir-birinə bağlıdır. Tehranla imzalanmış təhlükəsizlik sazişinə sadiqik və bu istiqamətdə danışıqların davam etdirilməsini vacib sayırıq.
Sizin rəyiniz