20 oktyabr 2025 - 15:49
“Biz Şah İstəmirik!” şüarı ABŞ-nin bütün bölgələrini bürüdü. Milyonlarla amerikalı Trampın siyasətlərinə etiraz edir \ Video

Nyu-York bölgəsindəki Taims meydanında minlərlə insan “Etirazdan daha vətənpərvər bir şey yoxdur” və “Faşizmə qarşı müqavimət” kimi şüarların yazıldığı plakatlar qaldıraraq, Nyu-York ştatının müxtəlif yerlərində etiraz yürüşləri keçirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şənbə günündən etibarən yerli vaxtla ABŞ-nin bütün şəhərlərində milyonlarla amerikalı aksiya keçirərək bu ölkənin anormal prezidenti Donald Trampın siyasətlərini və onun hökumətinin “avtoritar” yanaşmalarına etiraz ediblər.

Nyu-York bölgəsindəki Taims meydanında minlərlə insan “Etirazdan daha vətənpərvər bir şey yoxdur” və “Faşizmə qarşı müqavimət” kimi şüarların yazıldığı plakatlar qaldıraraq, Nyu-York ştatının müxtəlif yerlərində etiraz yürüşləri keçirib.

Bundan başqa, minlərlə nəfər Boston, Atlanta və Çikaqo xiyabanlarında, həmçinin Vaşinqton və Los-Ancelesin mərkəzində yürüşlər təşkil edib. Etirazçılar respublikaçılar tərəfindən idarə olunan bir neçə ştatda konqres binalarının qarşısında da nümayişlər keçiriblər.

Sizin rəyiniz

You are replying to: .
captcha