20 oktyabr 2025 - 16:00
Sionist rejim Qəzza zolağında 20-dən çox nöqtəyə hücum edib \ Video

Faşist sionist rejimin döyüş təyyarələri bu gün Qəzzanın müxtəlif bölgələrində 20-dən çox nöqtəni bombalayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Qəssam briqadalarının atəşkəsin pozulmasını təkzib etməsinə baxmayaraq, sionist rejimin döyüş təyyarələri bu gün Qəzzanın müxtəlif bölgələrində 20-dən çox nöqtəni bombalayıb.

Fələstin əl-Yəvm informasiya agentliyinin bazar günü verdiyi məlumata görə, bu hücumlarla eyni vaxtda İsrail baş nazirinin ofisi bildirib ki, Benyamin Netanyahu müqavimət qüvvələrinə aid hədəflərə qarşı zərbələr endirilməsi barədə göstəriş verib.

Bu kontekstdə ABŞ-nin Axios xəbər portalı bəzi mənbələrə istinadla məlumat verib ki, sionist rejim Qəzzada atəşkəsin icrasına nəzarət edən ABŞ Mərkəzi Komandanlığı vasitəsilə Tramp administrasiyasını bu gün həyata keçirilən hava hücumlarından xəbərdar edib.

Portalın məlumatına görə, işğalçı rejimin bir rəsmisi bildirib ki, İsrail bu hücumları həyata keçirmək üçün ABŞ-dən icazə almayıb, sadəcə Vaşinqtonu görülən tədbirlər barədə məlumatlandırıb.

Sizin rəyiniz

You are replying to: .
captcha