Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist xəbər agentliyi Yediot Aharonotun məlumatına görə, ABŞ-ın vitse-prezidenti C.D.Vens Trampın tezliklə vəzifəyə başlamasından sonra ilk səfərini işğal olunmuş Fələstin ərazilərinə edəcəyi gözlənilir.
Qeyd olunan sionist agentliyin məlumatına görə, Trampın bölgə üzrə xüsusi nümayəndəsi Stiv Vitkof da Qəzzada atəşkəs razılaşmasının növbəti mərhələsini və HƏMAS-ın saxladığı israilli əsirlərin cəsədləri məsələsini müzakirə etmək üçün bölgəyə səfər edəcək.
Vitkofun komandası ilə tanış olan rəsmilər bununla bağlı bildiriblər ki, o, razılaşmanın gedişatını yaxından izləyir və bir neçə Amerika vətəndaşının cəsədi də daxil olmaqla, bütün cəsədləri geri qaytarmaqda qərarlıdır.
İ-24 sionist mediası bununla bağlı xəbər verib: ABŞ-ın vitse-prezidenti və Trampın xüsusi nümayəndəsinin regiona səfəri bu həftənin bazar ertəsi baş tutacaq.
Sizin rəyiniz