Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Venesuelanın Bolivar Hərbi Universitetində keçirilən mərasimdə çıxış edən Venesuela prezidenti Nikolas Maduro deyib: “Biz heç vaxt heç bir hegemon imperiyanın arxa bağçası, koloniyası və ya köləsi olmayacağıq.”
İRNA-nın məlumatına görə, ABŞ-ın bu Latın Amerikası ölkəsinə qarşı təcavüzü ilə bağlı təhdidlər fonunda Venesuela prezidenti deyib:
“Əgər onlar Venesuelaya təcavüz edərlərsə, biz hər hansı imperialist təcavüzə qarşı çıxmaq üçün bir daha Cənubi Amerikanın Qurtarıcısı olan vahid və bir orduda birləşməliyik. Bu, dəyişən və inkişaf edən bir dünyadır. Bu, dünəndən və ya bu gündən deyil. Venesuela o dünyaya aiddir. Biz Bolivarın çoxdan arzuladığı tarazlıq dünyasına aidik. Biz həmişə tam ciddi cəhdlə o dünyanın ardınca olmuşuq.”
Sizin rəyiniz