28 sentyabr 2025 - 11:25
Şəhid Seyid Həsən Nəsrullah – Azad insanların qəlbində yaşayan bir lider

“Bu Böyük İslam Rəhbəri – Şəhid Seyid Həsən Nəsrullah – cismani olaraq dünyanı tərk etsə də, mənəvi baxımdan bütün azad insanların, müqavimət döyüşçülərinin və islam ümmətinin ləyaqətli övladlarının qəlbində yaşayır və onlara öyrədir ki, əgər bir şəxs Allah Yolunda və İslam ümmətinin əsas idealı – Fələstin uğrunda qan verərsə, o yeni İslam tarixinin yazan mürəkkəbə və qələminə çevrilir.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstin Müqavimət Komitələri, Hizbullahın mərhum baş katibi Seyid Həsən Nəsrullahın şəhadətinin birinci ildönümü ərəfəsində bəyan edib: “Bu Böyük Şəhid, ərəb və İslam Aləminin izzət və ləyaqətinin həqiqi siması idi və bu gün bütün azad insanların qəlbində yer alıb.”

Bəyanatda vurğulanır: “Bu Böyük İslam Rəhbəri – Şəhid Seyid Həsən Nəsrullah – cismani olaraq dünyanı tərk etsə də, mənəvi baxımdan bütün azad insanların, müqavimət döyüşçülərinin və islam ümmətinin ləyaqətli övladlarının qəlbində yaşayır və onlara öyrədir ki, əgər bir şəxs Allah Yolunda və İslam ümmətinin əsas idealı – Fələstin uğrunda qan verərsə, o yeni İslam tarixinin yazan mürəkkəbə və qələminə çevrilir.”

Bəyanatda daha qeyd olunur: “Bu ilhamverici lider azad insanların qəlbində daim yaşayacaq və onun xatirəsi bir daha sübut edəcək ki, Allah yolunda edilən fədakarlıqlar hər növ söz və ifadədən uca və dəyərlidir. Hər kim özünü dini, Qüds, Fələstin, Qəzza və onun xalqı uğrunda fəda edirsə, əbədiyaşar olacaq – hətta fiziki belə olaraq aramızda olmasa belə.”

Sizin rəyiniz

You are replying to: .
captcha