1 oktyabr 2025 - 14:34
Müqəddəs Cəmkəran Məscidində İmam Həsən Əskərinin Milad Bayramında "Mən Əhddimdəyəm" İcması Keçirilib \ Video

Müqəddəs Cəmkəran Məscidində Müqavimət üvvələrinin Şəhidlərinin xatirəsi anılıb. Mərasim iştirakçıları si@nist rejimin bayraqlarını cıraraq və “Amerikaya ölüm, İsr@ilə ölüm” şüarları səsləndirməklə saxtakar, uşaq öldürən si@nist faşist rejimi və onun havadarlarına qəzəblərini ifadə ediblər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Həzrəti İmam Zamanın (əleyhi səlam) mübarək Atası, İmam Həsən Əskərinin (əleyhis-salam) mövludunun ildönümündə Müqavimət Cəbhəsi şəhidləri Seyyid Həsən Nəsrullah, Seyyid Haşim Safuəddin və Sərdar Abbas Nilforoşanın xatirələri anılıb. Mərasimində Höccətül-İslam Vəl-Müslimin Nasir Rəfii çıxış edib və Seyyid Rza Nərimani mədhiyyə söyləyiblər.

Mərasimdə Müqəddəs Müdafiənin qazilərindən olan Hacı Hüseyn Kaci Seyid Həsən Nəsrullahın şəxsiyyətini və İmam Zaman (əleyhissalam) ilə səmimi əlaqəsini dinləyicilərə izah edib.

Mərasimin başqa bir hissəsində müqəddəs Cəmkəran Məscidinin zəvvarları si@nist rejimin bayraqlarını cıraraq, “Amerikaya ölüm” və “İsr@ilə ölüm” şüarları səsləndirərək saxta rejim və onun övladı olan sionizm və onun tərəfdarlarından ikrahlarını ifadə ediblər.

Sizin rəyiniz

You are replying to: .
captcha