25 sentyabr 2025 - 17:09
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanının müavini: İran Silahlı Qüvvələri tam hazırdır

Sepahın Ali Baş Komandanının müavini: İran Silahlı Qüvvələri tam hazırdır

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sepahın Ali Baş Komandanının müavini Sərdar, Briqada Generalı Əli Fədəvi cümə axşamı Məşhəddə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun növbətçi heyətinin bacarıq təlimi yarışmasında iştirak edən şəxsi heyəti üçün keçirilən təntənəli mərasim çərçivəsində jurnalistlərin süallarını cavablandırıb.

O, bu görüş çərçivəsində jurnalistlərə bildirib: "Silahlı qüvvələr və İslam İnqilabı Keşikçiləri Korpusu Allahın qələbə vədinə inanırlar."

İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanının müavini deyib: “Ölkəmizin silahlı qüvvələri döyüşdə mahirdir, bacarıqlıdır və hərtərəfli hazırlıqlıdır və istənilən bədxah düşmənə qarşı öz vəzifələrini yerinə yetirə bilir”.

Sizin rəyiniz

You are replying to: .
captcha