Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məsud Pezeşkian, 2025-ci lin sentyabr ayının 24, çərşənbə günü günortadan sonra Nyu-Yorka səfərinin davamında Norveçin baş naziri Yonas Qar Stereni ilə görüşündə vurğulayıb: “İran İslam Respublikası dini əsaslara və aydın siyasi yanaşmasına əsasən heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və çalışmayacaq.”
O, Qərb ölkələrinin İranın dinc məqsədli nüvə proqramına olan inamsızlığını bir tərəfdən anlaşılmazlıqlarla, digər tərəfdən isə sionist rejimin əsassız təbliğatı ilə əlaqələndirib.
Prezident bir daha vurğulayıb ki, əgər "snapback" baş verərsə, artıq danışıqların mənası olmayacaq. Doktor Pezeşkian əlavə edib: “Qərb ölkələri öhdəliklərinə sadiq olduqlarını nümayiş etdirməlidirlər ki, ümumiyyətlə, razılaşma mənalı bir məfhum olsun. Hazırkı vəziyyətin yaranmasının səbəbi, qarşı tərəfin (Qərbin) öz öhdəliklərinə əməl etməməsidir.”
Sizin rəyiniz