Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İtaliyanın Milan şəhərində sionist tərəfdarı polis qüvvələri ilə Fələstin tərəfdarları arasında qarşıdurma baş verib. Məlumata əsasən, şəhərin mərkəzi dəmir yolu stansiyasında baş verən qarşıdurmalarda 10 aksiya iştirakçısı həbs edilib, 60 polis əməkdaşı yaralanıb. Paytaxt Romada isə Qəzza xalqına dəstək nümayişində 30 minədək insan iştirak edib. Bolonyada dövlət əhəmiyyətli avtomobil yolu aksiyaya görə bağlanıb. Genuyada 20 min nəfər aksiyada iştirak edib.
Sizin rəyiniz