Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ötən gün (bazar ertəsi, 22 sentyabr 2025), Londonda nəhayət 77 ildən sonra Fələstin səfirliyinin qarşısında keçirilən mərasimdə diplomatlar, İngiltərə parlamentinin üzvləri, siyasi fəallar və burada yaşayan Fələstin icmasının üzvləri, İngiltərə hökumətinin Fələstin dövlətini rəsmi olaraq tanımasını qeyd etdilər.
Mərasimdə siyasi şəxslər, İngiltərə hökumətinin nümayəndələri, ərəb diplomatları və bir qrup fələstinli fəal iştirak etdi.
Mərasim zamanı Fələstin bayrağı Londondakı Fələstin nümayəndəliyinin binasında dalğalandı və binanın girişində "Fələstin Dövlətinin Səfirliyi" adlı yeni lövhə təqdim olundu.
Sizin rəyiniz