21 sentyabr 2025 - 18:09
Rusiya: Atom Agentliyi ilə razılaşma İranın məsuliyyətli yanaşmasının sübutudur

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü: Atom Agentliyi ilə razılaşma İranın məsuliyyətli yanaşmasının sübutudur

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Qahirə razılaşmasını alqışlayıb.

İRNA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, Mariya Zaxarova 18 sentyabr 2025-ci il, cümə axşamı günü jurnalistlərin suallarını cavablandıraraq bildirib: “İran İslam Respublikasının Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əldə etdiyi anlaşma və onun İran Ali Təhlükəsizlik Şurası tərəfindən təsdiqi Tehran tərəfindən məsuliyyətli yanaşmanın göstəricisidir.”

O, əlavə edib: “Bu görüşün ümidverici nəticələri İranın nüvə məsələsindəki gərgin vəziyyəti sabitləşdirərək əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü, bildirib: “Biz Qahirə razılaşmasının həyata keçirilməsi üçün İran tərəfindən atılan davamlı addımları diqqətlə izləyirik və İran Ali Təhlükəsizlik Şurasının bunu təsdiqləməsini məsuliyyətli yanaşmanın sübutu və Tehran tərəfindən əldə olunmuş razılaşmalara sadiqliyin təsdiqi kimi qiymətləndiririk.”

Sizin rəyiniz

You are replying to: .
captcha