23 sentyabr 2025 - 13:20
Fransa 77 ildən sonra axır ki, Fələstin dövlətini rəsmi olaraq tanıdı amma...

Fransa rəsmisi Fələstin müqavimətini fələstinliləri Fələstin dövləti yaratmaqdan naümid etməkdə günahlandırıb və deyib: Fələstin dövlətinin tanınması HƏMAS-ı təcrid etmək üçün lazımdır.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fransa bazar ertəsi gecə Paris və Ər-Riyadın rəhbərlik etdiyi Birləşmiş Millətlər Təşkilatında qondarma “iki dövlət” həlli ilə bağlı keçirilən iclasda tarixi bir addımla müstəqil Fələstin dövlətini tanıdı.

Fransa prezidenti Emmanuel Makron daha əvvəl Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında ölkəsinin Fələstin dövlətini tanıyacağını bəyan etmişdi. Lakin Fələstin səfirliyinin Fransada açılması şərti olaraq sionist əsirlərin HƏMAS tərəfindən azad edilməsi idi.

Makron həmçinin CBS televiziya kanalına verdiyi müsahibədə müharibəni dayandırmaq üçün Fələstin dövlətinin tanınmasının zəruri olduğunu bildirib. Fransa rəsmisi Fələstin müqavimətini fələstinliləri Fələstin dövləti yaratmaqdan naümid etməkdə günahlandırıb və deyib: Fələstin dövlətinin tanınması HƏMAS-ı təcrid etmək üçün lazımdır.

Sizin rəyiniz

You are replying to: .
captcha