Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Göydəki məscid” adlanan Kuslat məscidi altı əsr boyu Bosniyada Drinjaça çayı kanyonu-(dar və dərin dərələr) üzərində ucalan, iman və tarixin canlı şahididir.
Drinjaça çayı Kanyonunun üstündə, 500 metrlik (1640 fut) yaşıl qayalıqda, Bosniya və Herseqovinanın ən diqqətçəkən yerlərindən birində, ölkənin ən qədim məscidlərindən biri hesab edilən 15-ci əsrə aid Kuşlat Məscidi yerləşir.
Uçurumdan yuxarı qalxan, sanki yerlə göy arasında asılmış Məscidə ancaq dar meşə cığırından keçməklə çatmaq olar.
Uzun-uzadı cığır yollarla yuxarı dırmaşan şəxslər ətrafdakı təpələrin, dərələrin və çayın heyrətamiz mənzərəsi ilə qarşılaşacaqlar - bu o qədər təsir edici mənzərədir ki, yerlilər onu "səmadakı Məscid" adlandırırlar.
Kuşlat Məscidi yaxınlıqdakı kəndlərdə daha əlçatan məscidlərin tikilməsinə görə öz üstünlüyünü itirsə də, böyük simvolik və dini əhəmiyyətini saxlamışdır. Bu Məscid Cümə və bayram namazları, eləcə də digər xüsusi günlər üçün ibadətçilərin üzünə açıqdır.
Məscidin adı İstanbul türkcəsində quş mənasını verən "kuş" sözündəndir. Yerli qadınlar bir vaxtlar Kuşlatla əlaqəli şahinlərin təsvirlərini, ehtimal ki, tacirlər və səyahətçilər üçün suvenir kimi parçalar üzərinə tikirdilər.
Memar Ahmet Hadrovic'in dediyinə görə, quraqlıq illərində din müəllimləri "dova" kimi tanınan ənənəvi yağış namazını qılmaq üçün kəndlilərlə birlikdə uşaqları da Məscidə gətirirdilər.
1993-cü ildə Bosniya və Herseqovinada amansız müharibə zamanı Kuşlat Məscidi Serblər tərəfindən yandırılıb.
Boşnakların ətraf kəndlərə qayıtmasından və İslam icması tərəfindən hazırlıq işlərindən sonra orijinal materiallardan istifadə edilməklə Kuşlat Məscidi eyni yerdə diqqətlə yenidən quruldu və təxminən iyirmi ildən sonra rəsmi olaraq yenidən açıldı.
O vaxtdan bəri adət-ənənələr canlanır. Ümumi cümə namazı hər il avqustun son cümə günü, son illərdə isə müsəlmanların müqəddəs Ramazan ayında da qılınır.
Bu gün Kuşlat Məscidi təkcə keçmişin yadigarı deyil, həm də möhkəmlik dözümlülük rəmzidir – Bosniya və Herseqovinanın mədəni və mənəvi irsinin dağılmasına və zamanın keçməsinə baxmayaraq davam etdiyini xatırladır.
Sizin rəyiniz