20 sentyabr 2025 - 16:54
Şimali Koreya yeni PUA sınaqları keçirib

KXDR lideri 18 sentyabrda “strateji və taktiki kəşfiyyat PUA-sı və çoxməqsədli dronlar da daxil olmaqla müxtəlif pilotsuz silahların xüsusiyyətləri ilə ətraflı tanış olub”.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: KXDR Dövlət İşləri Komitəsinin sədri Kim Çen In pilotsuz uçuş aparatlarının (PUA) sınaqlarını izləyib.

Az.shafaqna.com xəbər verir ki, sınaqdan keçirilən PUA-lar elmi-tədqiqat institutlarında hazırlanıb və Pilotsuz Aviasiya Texnikası Birliyinə məxsus müəssisələrdə istehsal olunur.

KXDR lideri 18 sentyabrda “strateji və taktiki kəşfiyyat PUA-sı və çoxməqsədli dronlar da daxil olmaqla müxtəlif pilotsuz silahların xüsusiyyətləri ilə ətraflı tanış olub”.

“Müşahidələr zamanı strateji kəşfiyyat PUA-sının hərbi-strateji dəyəri və yenilikçi xüsusiyyətləri, eləcə də ‘Kımson’ seriyasına aid taktiki zərbə pilotsuz aparatlarının üstün döyüş qabiliyyəti aydın şəkildə təsdiqini tapdı”, – məlumatda qeyd olunur.

Kim Çen In həmçinin “tətbiq edilən yeni süni intellekt texnologiyalarının inkişafı və pilotsuz aparatların kütləvi istehsalının genişləndirilməsi” tədbirlərini müzakirə edib.

Həmin gün yoldaş Kim Çen In Pilotsuz Aviasiya Texnikası Birliyinin texniki potensialının daha da genişləndirilməsi və möhkəmləndirilməsinə dair təşkilati tədbirlərin əks olunduğu mühüm layihəni təsdiqləyib və imzalayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha