Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Rusiya Federasiyasının enerji naziri ilə görüşüb
İRNA-nın məlumatına görə, Zatı Aliləri bu görüşündə bildirib: “İran və Rusiya kimi müstəqil ölkələrin uğurlu əməkdaşlıq nümunəsi sübut edəcək ki, dünyada birtərəfli siyasət dövrü sona çatıb və biz birtərəfli güclərə ehtiyac və asılılıq olmadan ölkələrimizi inkişaf etdirə və tərəqqiyə çatdıra bilərik.”
Pezeşkian 17 sentyabr, çərşənbə günü axşam Rusiya Federasiyasının enerji naziri Sergey Tisivlyov və onu müşayiət edən heyətlə görüşdə İran və Rusiya arasında birgə əməkdaşlığın inkişafı və iki ölkə rəsmilərinin nəqliyyat, enerji və enerji istehsalı sahələrindəki ikitərəfli razılaşmaların icrasına göstərdikləri diqqətə məmnunluğunu ifadə edərək qeyd edib: “İran İslam Respublikası iki ölkə arasında əldə olunan razılaşmaların icrasını ciddi şəkildə gündəminə gətirib və birgə əməkdaşlıqlar üçün bütün zəruri şərait təmin olunub; Tehran və Moskva arasında əməkdaşlıq və ikitərəfli razılaşmaların icrası qarşısında heç bir maneə yoxdur.”
İran İslam Respublikasının Prezidenti əlavə edib: “Bizim tərəfimizdən olan iradə və Rusiya Prezidenti cənab Putin tərəfindən iki ölkə arasında razılaşmaların icrasına göstərilən əzm və iradə ilə işlərin sürətlənməsi və yekun nəticəyə çatdırılması nazirlər və ekspert qruplarının ciddi və əlavə səyi ilə mümkün olacaq.”
Sizin rəyiniz