Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Dünya Güləş Federasiyası, Rəhman Əmuzad Xəlilinin 65 kq çəki dərəcəsindəki çempionluğunu “sərt intiqam” adlandırdı.
İRNA-nın məlumatına görə, Federasiyanın təqdim etdiyi hesabatda, İran güləşinin “qara pələngi”nin Zaqrebdəki güc nümayişinə toxunularaq yazılıb:
Rəhman Əmuzad təkcə yaponiyalı Kotaro Kivkadan Olimpiya finalındakı məğlubiyyətin intiqamını almaqla kifayətlənmədi, həm də bunu inanılmaz bir şəkildə həyata keçirtdi.
O, sərbəst güləş üzrə yarışların son günündə, Zaqreb Arenasında keçirilən finalda 65 kq çəki dərəcəsində rəqibini 10:0 hesabı ilə məğlub edərək çempion oldu.
Hesabatın davamında Əmuzadın müsahibəsinə də yer verilib: Mən həqiqətən çox çalışdım və bu an üçün demək olar ki, bir il gözlədim. Bu çempionluq mənim üçün böyük xoşbəxtlikdir. Mən həm fiziki, həm zehni, həm də taktiki baxımdan çox əziyyət çəkdim.
Sizin rəyiniz