Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın Atom Enerjisi Agentliyinin konfransında təklif etdiyi qətnamənin hazırlanmasında hansı ölkələr iştirak edib?
İRNA-nın məlumatına görə, Vyanadakı Beynəlxalq Təşkilatlarda Rusiya Federasiyasının Daimi Nümayəndəsi bildirib: “İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Ümumi Konfransına təqdim etdiyi nüvə obyektlərinə hücumun qadağan olunması ilə bağlı qətnamə layihəsinin həmmüəllifləri Çinə, Nikaraquaya, Rusiyaya və Venesuelaya da aiddir.”
Mixail Ulyanov çərşənbə günü öz Teleqram kanalında yazıb: “İran Beynəlxalq Atom Enerjisi Agentliyinin himayəsi altında olan nüvə obyektlərinə qarşı hər hansı hücum və ya hücumla hədələmənin qadağan olunması adlı qətnamə layihəsini BAEA-nın Ümumi Konfransına təqdim edib.”
Başqa bir məlumata görə, İran İslam Respublikası, Qərbi Asiya və Cənubi Asiya Qrupu (MESA) tərəfindən dəstəklənərək, Vyanadakı BAEA-nın illik Ümumi Konfransında səkkiz vitse-prezidentdən biri kimi seçilib.
Sizin rəyiniz