Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ prezidentinin məhbuslarla iş üzrə xüsusi nümayəndəsi Adam Boehler Talibanın baş nazirinin iqtisadi məsələlər üzrə müavini Molla Əbdül Qani Baradar ilə görüşüb və danışıqlar aparıb.
Əbdül Qani Baradarın Kabuldaki ofisində baş tutan bu görüşdə tərəflər Əfqanıstan, region və dünyada mövcud vəziyyəti müzakirə etməklə yanaşı, Əfqanıstan və ABŞ arasında ikitərəfli siyasi və iqtisadi əlaqələrə dair də fikir mübadiləsi aparıblar.
Molla Baradar bu görüşdə Əfqanıstan iqtisadiyyatının yaxşılaşdığını, inzibati korrupsiyanın olmadığını və müxtəlif sektorlara investisiya üçün zəmin hazırlandığını deyib.
O, həmçinin əlavə edib ki, narkotiklərin becərilməsi və qanunsuz dövriyyəsinin qarşısı tam alınıb, işsizlik səviyyəsi azalıb və Əfqanıstan valyutasının xarici valyutalara nisbətdə dəyəri sabit qalıb.
Zalmay Xəlilzadı görüşdə müşayiət edən Boller də Doha razılaşmasının həyata keçirilməsini vurğulayaraq, ABŞ-ın Əfqanıstanla iqtisadi əməkdaşlığa və əsir mübadiləsinə hazır olduğunu bildirib.
Qeyd edək ki, Taliban və ABŞ arasında 2020-ci ilin fevralında Qətərin paytaxtı Dohada imzalanan sülh sazişini Taliban adından Molla Əbdül Qani Baradar və ABŞ-ın Əfqanıstan üzrə o zamankı nümayəndəsi Zalmay Xəlilzad imzalayıb.
Sizin rəyiniz