Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əfqanıstanda “Taliban” hökumətinin dövlət məmurlarını daşıyan vertolyot qəzaya uğrayıb.
Az.shafaqna.com xəbər verir ki, hadisə Qor əyalətində baş verib.
Belə ki, içərisində dağ-mədən sənayesi və neft nazri Hidayətullah Bədri və Qor əyalətinin qubernatoru Həyatullah Mübarək olan helikopter qəzaya uğrayıb.
Bildirilib ki, qəzaya səbəb verltolyotun texniki nasazlığı olub. Nazir və qubernator bölgədəki mis mədəninə getməyə hazırlaşırdılar.
Əlavə edilib, qəza nəticəsində heç kəs xəsarət almayıb.
Sizin rəyiniz