3 sentyabr 2025 - 17:32
2025-ci ildə yeni doğulan uşaqlara ən çox qoyulan adlar

Dünyaya yeni göz açan qız uşaqları üçün ən çox istifadə edilən ad isə Zəhra olub. 533 uşağa bu ad verilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: 2025-ci ilin yanvar-avqust aylarında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub.

Ədliyyə Nazirliyinin rəsmi saytından əldə edilən məlumata əsasən, 2025-ci ildə yeni doğulan oğlan uşaqlarına 802 ailə bu adlardan istifadə edib: “Hüseyn 534, Əli 517, Yusif 516 və s yeni doğulan oğlan uşağına seçilən ad olub.

Dünyaya yeni göz açan qız uşaqları üçün ən çox istifadə edilən ad isə Zəhra olub. 533 uşağa bu ad verilib.

Bununla yanaşı, Məryəm 510, Zeynəb 508 uşağın adı kimi ailələr tərəfindən seçilib.

Sizin rəyiniz

You are replying to: .
captcha