1 sentyabr 2025 - 13:05
Əliyevlər sülalə rejiminin anti-Şiə siyasətləri nəticəsində Elşən Xəzər də Rusiyaya hicrət edib

Elşən Xəzər orada yaradıcılıqla yanaşı, yeni fəaliyyət sahəsinə də yönəlib. Bildirilir ki, o, Rusiyada kiçik halal restoran açıb.

Region ölkələrdə kifayət qədər tanınmış Əhli Beyt (əleyhimus səlam) şairi Hacı Elşən Xəzərin Rusiyaya köçməsi ilə bağlı xəbərlər yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə onun son günlərdə ölkəni tərk etdiyi barədə məlumatlar yayılsa da, əslində sənətçi artıq 1 ildən çoxdur Rusiyada yaşayır.

Az.shafaqna saytının əldə etdiyi məlumata görə, Elşən Xəzər orada yaradıcılıqla yanaşı, yeni fəaliyyət sahəsinə də yönəlib. Bildirilir ki, o, Rusiyada kiçik halal restoran açıb.

Qeyd edək ki, əvvəllər meyxana sahəsində böyük uğurlar qazanan Hacı Elşən Xəzər sonradan Əhlibeyt şairi kimi fəaliyyət göstərib. Onun həm yaradıcılıq fəaliyyəti, həm də şəxsi həyatına dair xəbərlər sosial mediada daim böyük maraq doğurur və izləyicilər arasında geniş müzakirələrə səbəb olur.

Onu da qeyd edək ki, Elşən Xəzər şəhid məclislərində iştirak edən və ailələrini tez-tez ziyarət edən şəxslərdəndir.

Sizin rəyiniz

You are replying to: .
captcha