27 avqust 2025 - 23:31
Yəhudi qudası İlham “Zəngəzur dəhlizi heç bir halda İran üçün təhdid deyil” deyərək öz xam xülyalarından əl çəkmir

Azərbaycan Respublikasına qanunsuz yollarla hakim kəsilmiş yəhudi qudası, İlham Əliyev Zəngəzur dəhlizinin İran üçün heç bir “təhdid yaratmadığını” və əksinə, bu dəhlizin regional əməkdaşlıqların “genişlənməsinə” imkan yaradacağını bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Azərbaycan respublikasına hakim kəsilmiş əliyevlər sülalə rejiminin bosu İlham Əliyev, Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibədə “Zəngəzur dəhlizinin” İran üçün heç bir təhlükə yaratmadığını və bu “dəhlizin” əksinə olaraq, regional əməkdaşlıqların inkişafına “töhfə” verə biləcəyini vurğulayıb.

Yəhudi qudası, qeyd edib: "İran və Azərbaycan arasında əlaqələr dövlətlər, prezidentlər və xarici işlər nazirləri səviyyəsində müəyyən edilir və biz yayılan yanlış təbliğatlara əhəmiyyət vermirik. Bizim mövqeyimiz aydın və məntiqlidir: Zəngəzur dəhlizi heç bir halda İran üçün təhdid deyil."

İlham, həmçinin Zəngəzur dəhlizinin ikili rolunu qeyd edərək bildirib: "Zəngəzur dəhlizi yalnız Şərq-Qərb marşrutu deyil, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi kimi də fəaliyyət göstərə bilər. Rusiyadan İrana doğru keçən bir yolun əvəzinə, Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və sonra İrana uzanan yeni bir yol yaradılacaq. Bu, bütün region üçün faydalı olacaq və hər kəs üçün qazanc mənbəyi yaradacaq, heç kim itirən tərəf olmayacaq."

Sizin rəyiniz

You are replying to: .
captcha