Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.
Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrindən verilən məlumata görə, telefon danışığında ABŞ prezidenti Trampın Rusiya prezidenti Putinlə Alyaskadakı görüşünün və Vaşinqtonda Ukrayna prezidenti Zelenski və bir sıra Avropa liderləri ilə keçirdiyi görüşün nəticələri dəyərləndirilib.
Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün atılacaq addımlar müzakirə edilib.
Nazir Fidan Türkiyənin ədalətli və davamlı sülhə nail olmaq üçün lazım olan hər cür dəstəyi verməyə hazır olduğunu bir daha vurğulayıb.
Danışıq zamanı Qəzzada mövcud vəziyyət və atəşkəs danışıqlarındakı inkişaflar da müzakirə edilib. Nazir Fidan Qəzzada daha da gecikmədən qalıcı atəşkəsin yaradılmasını gözlədiklərini və Qəzzaya humanitar yardımın təcili və fasiləsiz çatdırılmasının vacib olduğunu bildirib.
Telefon danışığında Suriyadakı son hadisələr də müzakirə edilib. Suriyanın sülh, birlik və bütövlüyünün əhəmiyyəti vurğulanıb.
ABŞ Dövlət Departamentinin məlumatına görə, bu telefon danışığında İranın nüvə proqramı da müzakirə olunub.
Sizin rəyiniz