16 avqust 2025 - 23:17
Əraqçi: Avropalıların nüvə sazişi ilə bağlı heç bir hüququ yoxdur

""Snapback" o deməkdir ki, nüvə sazişinin bir tərəfi öhdəliklərini yerinə yetirməkdən imtina edərsə və digər tərəf onu öz öhdəliklərini yerinə yetirməyə qaytarmaq cəhdindən məyus olarsa, o, nüvə anlaşmasından əvvəlki vəziyyətə qayıda bilər. Biz də bunu etdik...”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Naziri bildirib ki, Avropanın nüvə anlaşmasının hər hansı bir hissəsini işə salmaq səlahiyyəti yoxdur.

Seyyid Abbas Əraqçi bu barədə deyib: "Avropalıların bu mexanizmi işə salmaq üçün 20 oktyabr tarixinə qədər vaxtları var. Amma bizim nöqteyi-nəzərdən, onların, öz mövqelərinə, xüsusilə də sıfır zənginləşdirməyə məsələsindəki israrlarına xatir, Əhatəli Müştərək Təşəbbüs Proqramındakı hər hansı bir hissəsini, o cümlədən Snapback-i işə salmaq səlahiyyəti yoxdur".

İran İslam Respublikasının Xarici İşlər əlavə edib: ""Snapback" o deməkdir ki, nüvə sazişinin bir tərəfi öhdəliklərini yerinə yetirməkdən imtina edərsə və digər tərəf onu öz öhdəliklərini yerinə yetirməyə qaytarmaq cəhdindən məyus olarsa, o, nüvə anlaşmasından əvvəlki vəziyyətə qayıda bilər. Biz də bunu etdik. ABŞ nüvə anlaşmasından çıxdıqdan sonra bizim görüşlərimiz oldu. O zaman avropalılar bizdən nüvə anlaşmasında qalmağımızı xahiş etdilər və ABŞ-ın sanksiyalarını kompensasiya edəcəklərini bildirdilər. Biz onlara bir az vaxt verdik, amma bunu edə bilmədilər".

Sizin rəyiniz

You are replying to: .
captcha