13 avqust 2025 - 12:08
Video | Sionist ünsürlər üçün silah daşıyan Səudiyyə gəmisi Genuya liman işçiləri tərəfindən bloklandı

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: World Socialist Site xəbər saytı, İtaliyanın Genuya limanında işçilərin avqustun 7-də "İsrail" üçün silah daşıyan Səudiyyə gəmisinin qarşısını aldığını açıqladı. Sayt işçilərin İtaliyanın “İsraili” silahlandırmaqdakı roluna birbaşa etiraz olaraq Səudiyyə Ərəbistanına məxsus “Bahri Yanbu” gəmisinin keçidini ciddi blokadaya aldıqlarını bildirib. “Genova quotidiana” internet saytına görə, Səudiyyə gəmisi Birləşmiş Ştatlardan İtaliyanın silah nəhəngi Leonardo tərəfindən istehsal olunan hərbi texnika, o cümlədən Əbu-Dabiyə gedən Otto Melara topunu və gəmiçilikdə artıq hazırlanmış tanklar və ya digər ağır silahları daşıyaraq gəlirmiş.

Sizin rəyiniz

You are replying to: .
captcha