Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Uşaq qatili İsrail terrorçu rejim ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən azı 11 fələstinli şəhid olub, çoxlu sayda fələstinli yaralanıb.
Yerli mənbələrə görə, Qəzzanın cənubundakı Xan Yunisin qərbində, Fələstinli köçkün ailələrin sığındığı Mavasi bölgəsində ikisi uşaq olmaqla ən azı altı günahsız və silahsız fələstinli şəhid olub.
Bu hücum, faşist yəhudi ünsürləri tərəfindən Mavasi qaçqın düşərgəsinin “təhlükəsiz zona” elan etdiidiyindən dər hal sonra baş verib və soyqırım törədən İsrail rejim ünsürləri bu hücumda ərazidəki bir qaçqın çadırını hədəfə alıblar.
Uşaq qatili İsrail rejim ordusunun Qəzza şəhərində bir evə növbəti dəfə hücumu nəticəsində 5 fələstinli şəhid olub, bir neçə nəfər isə yaralanıb.
Bundan başqa, qaniçən İsrail faşist rejim ünsürləri Qəzzanın cənubundakı Xan Yunisdə evləri və binaları partlatmağa davam edib.
Sizin rəyiniz