Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ölkəmizin xarici işlər naziri fələstinli jurnalistlərin öldürülməsinə cavab olaraq X sosial şəbəkəsində yazıb: Bu əməl, təcrid olunmuş və nifrət edilən, dağılmaq ərəfəsində olan bir rejimin terroruna işarədir.
Seyid Abbas Əraqçi sionist rejim tərəfindən fələstinli jurnalistlərin öldürülməsinə münasibət bildirərək yazıb: İsrail bir neçə tanınmış və nüfuzlu fələstinli jurnalisti məqsədyönlü şəkildə terror edib. Bu güc göstəricisidirmi? Yoxsa dağılmaq ərəfəsində olan qlobal səviyyədə təcrid olunmuş və mənfur rejimin terrorunun göstəricisidir?
Bütün bu faciələr bitəndə, dünya onlara Qərb hökumətlərinin əlbirliyini xatırladacaq. Onların biabırçı susqunluğu dad-fəryad edir.
Əl-Cəzirə telekanalının əldə etdiyi məlumata əsasən, İsrail ordusuna məxsus PUA Ənəs Əl-Şərif və Məhəmməd Qurəyqə də daxil olmaqla bir neçə fələstinli jurnalistin olduğu Əl-Şifa xəstəxanası yaxınlığındakı jurnalistlərin çadırını hədəf alıb.
Sizin rəyiniz