9 avqust 2025 - 19:02
Source: IRNA
İİR Mədəniyyət Naziri: Fərşçian tarix və mənəviyyat arasında körpü quran memar idi

İran İslam Respublikasının Mədəniyyət Naziri, ustad Mahmud Fərşçianın vəfatı münasibətilə yayımladığı başsağlığı mesajında yazıb: “O, yalnız mahir bir miniatür ustası deyildi, həm də tarix və mənəviyyat arasında körpü quran bir memar idi.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Mədəniyyət Naziri, ustad Mahmud Fərşçianın vəfatı münasibətilə yayımladığı başsağlığı mesajında yazıb: “O, yalnız mahir bir miniatür ustası deyildi, həm də tarix və mənəviyyat arasında körpü quran bir memar idi.”

Seyyid Abbas Salehi mesajında bildirib:

“İran incəsənətinin nadir simalarından, ölkənin mədəniyyət və sivilizasiyasının ən parlaq incilərindən biri olan ustad Mahmud Fərşçianın vəfatı, incəsənət ictimaiyyətinin və İran xalqının qəlbini yasa boğdu. Ustad Fərşçian, heç bir şübhə olmadan, İran və İslam incəsənətini birləşdirən böyük bir sənətkar nümunəsi idi. O, dərin baxışı ilə bu torpağın tarixi və emosional yaddaşında əbədi qalacaq əsərlər yaratdı.”

"Zamine Ahu"  (Ceyranın zamini) və "Əsre Aşura" (Aşura günü) şah əsərlərindən tutmuş, İmam Rza (ə) ziyarətgahının möhtəşəm zərihinin dizaynına, eləcə də Firdovsinin "Şahnamə"si, Hafizin divanı və digər möhtəşəm ədəbi-mədəni mətnlər üçün ərsəyə gətirdiyi dəyərli əsərlərə qədər — bunların hamısı İrana və İslama döyünən incə bir qəlbin və uca sənətin aydın nümunəsidir.

Məhəmməd Fərşçian, müasir İran təsviri sənətində, xüsusən də nəqqaşlıq və miniatür sahəsində ən görkəmli sənətkarlardan biridir. O, 1929-cu ildə İranın zəngin ənənəvi incəsənət irsinə sahib şəhərlərindən olan İsfahanda dünyaya gəlib. Uşaqlıq illərindən rəssamlığa böyük maraq göstərmiş və hacı Mirzə Ağa İmami, eləcə də ustad İsa Bahaduri kimi sənətkarların yanında təhsil almışdır. Fərşçian Tehranda Gözəl Sənətlər Fakültəsində təhsilini başa vurduqdan sonra sənət sahəsində araşdırmalarını davam etdirmək üçün Avropaya yollanmış, Qərb incəsənəti ilə yaxından tanış olaraq İran nəqqaşlığında yenilik və fərdi bir üslub yaratmağa nail olmuşdur.

Fərşçianın yaradıcılığında ənənəvi İran texnikaları ilə müasir elementlərin ahəngdar və yaradıcı şəkildə birləşməsi diqqət çəkir. O, axıcı xətlər, canlı rənglər və poetik məkan təsvirləri vasitəsilə özünəməxsus təsvir dünyası qurmuşdur. Onun “Aşura günü”, “Qayıdış”, “Zamine Ahu” (“Ceyranın zamini”) və “Yaradılışın beşinci günü” kimi əsərləri, İranda dini və irfani incəsənətin simvol nümunələri hesab olunur.

Fərşçian yalnız İranda deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmiş, əsərləri dünyanın nüfuzlu muzey və kolleksiyalarında qorunur. O, müasir dövrdə İran nəqqaşlığının dirçəldilməsində mühüm rol oynamış və bu gün də gənc sənətkarlar üçün ilham mənbəyi olaraq tanınır.

Sizin rəyiniz

You are replying to: .
captcha