6 avqust 2025 - 18:32
Source: SAHAR TV
Sionist hərbçilərin psixi xəstəliklərin müalicəsi üzrə müraciətləri min faiz artıb

Sionist «Ceruzalem Post» qəzeti yazıb ki, sionist rejim ordusunun psixi sağlamlıq bölməsinin rəisi ehtiyat qüvvələrin psixi müalicə mərkəzlərinə müraciətlərinin görünməmiş dərəcədə artdığını bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist İsrail rejiminin media mənbələri bu rejimin ordu qüvvələrinin Qəzzə müharibəsindən irəli gələn psixi müalicə mərkəzlərinə görünməmiş müraciətlərindən xəbər verirlər.

Sionist «Ceruzalem Post» qəzeti yazıb ki, sionist rejim ordusunun psixi sağlamlıq bölməsinin rəisi ehtiyat qüvvələrin psixi müalicə mərkəzlərinə müraciətlərinin görünməmiş dərəcədə artdığını bildirib.

Bu məlumata əsasən, müharibədə iştirakdan mənşə alan psixi ziyanlar səbəbindən müalicə olunmaq istəyən sionist ehtiyat qüvvələrin sayı min faizlik artımla üzləşib.

Bu açıq etiraf sionist rejim ordusunun ötən aylarda yüksək psixi təzyiqlər, insan qüvvəsinin sıradan çıxması və Qəzzə zolağındakı döyüşlərdə faydasızlıq həcmi ilə üzləşməsindən sonra yayılır. Bundan öncə də İsrail rejimi mediaları sionist hərbçilər arasında psixi sağlamlıq böhranının vəziyyətindən xəbər vermişdilər.

Bununla bağlı, sionist «Yediot Ahornot» qəzeti cari ilin mart-aprel aylarında xəbər verdi ki, ordunun psixi müalicə klinikaları müraciət edənlərin izdihamı ilə üzləşmiş və əsgərlərin geniş ehtiyaclarını təmin edə bilməmişdilər.

Sionist rejimin 13-cü telekanalı da bir reportajda bu rejimin ordu qüvvələrinin böyük bir hissəsinin qəza hadisəsindən sonra stress pozğunluğunun kəskin simptomlarına mübtəla olmasından xəbər vermişdi. Bu məsələ üzücü Qəzzə müharibəsinin işğalçı ordunun korpusunda buraxdığı dərin psixi təsirlərdən söz açır.

Sizin rəyiniz

You are replying to: .
captcha