2 avqust 2025 - 23:27
Hindistan Trampa atkaz getdi: Rusiyadan Neft idxalında israrlıyıq!

ABŞ-ın bambılı prezidentinin "Hindistan Rusiyadan neft almasını dayandırıb" şayəsini yaydıqdan bir neçə saat sonra Hindistan hökuməti mənbələri bu iddianı təkzib etdi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-ın bambılı prezidenti Donald Tramp bir neçə saat əvvəl bildirdi ki, “Mən eşitmişəm ki, Hindistan artıq Rusiyadan neft almaq niyyətində deyil”; lakin Hindistandakı hökumət mənbələri ölkənin neft emalı zavodlarının hələ də Rusiya təchizatçılarından neft aldığını bildirərək Trampın iddiasına xitam verdilər.

Gündə təxminən 9,5 milyon barel (qlobal tələbatın təqribən 10%-i) hasilatı ilə ikinci ən böyük xam neft istehsalçısı olan Moskva eyni zamanda gündə təxminən 4,5 milyon barel xam neft və təxminən 2,3 milyon barrel emal olunmuş məhsul tədarük etməklə dünyanın ikinci ən böyük ixracatçısıdır.

Sizin rəyiniz

You are replying to: .
captcha