17 sentyabr 2025 - 17:28
General-mayor Musəvi: Silahlı qüvvələrin müdafiə və hücum imkanlarının artırılması dayandırıla bilməz

General-mayor Musəvi: “SEPAH-ın Quru Qoşunlarının ixtisaslaşdırılmış müdafiə, hücum və döyüş qabiliyyətinin və potensialının gücləndirilməsi və artırılması həyati vacib məsələdir və bu, ciddi səylərlə yanaşı, əvvəlkindən daha çox gündəlik qarşıda duran vəzifələrdən olmalıdır.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi müxtəlif sahələrdə müdafiə və hərbi potensialın artırılmasını Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən vurğulanan qarşısıalınmaz strategiya kimi səciyyələndirib.

İRNA-nın məlumatına görə, General-mayor Seyid Əbdülrəhim Musəvi bu barədə deyib: “İran İslam İnqilabı Keşikçiləri Korpusunun ixtisaslaşdırılmış müdafiə, hücum və döyüş imkanlarının gücləndirilməsi və artırılması həyati məsələdir.”

17 sentyabr 2025-ci il Çərşənbə günü, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının taktiki qərargahına səfəri zamanı general-mayor Seyid Əbdülrəhim Musəvi bu qüvvənin və silahlı qüvvələrin digər qüvvələrinin və birləşmələrinin ölkənin müstəqilliyini, təhlükəsizliyini və öngörülən təhdidləri və təhlükələri qətiyyətlə müdafiə etmək üçün hərtərəfli hazırlığından məmnunluğunu ifadə edib

O, vurğulayaraq bildirib: “SEPAH-ın Quru Qoşunlarının ixtisaslaşdırılmış müdafiə, hücum və döyüş qabiliyyətinin və potensialının gücləndirilməsi və artırılması həyati vacib məsələdir və bu, ciddi səylərlə yanaşı, əvvəlkindən daha çox gündəlik qarşıda duran vəzifələrdən olmalıdır.”

Silahlı Qüvvələrin Baş Qərargah rəisi vurğuladı: “Bu strategiyalar İslami İranın davamlı təhlükəsizliyini və istənilən təcavüzə qarşı çəkindirici müdafiə gücünü təmin edəcək.”

Sizin rəyiniz

You are replying to: .
captcha