Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İspaniyanın baş naziri Pedro Sançes ölkəsinin hərbi məhdudiyyətlərini vurğulayaraq bildirib ki, Madrid təkbaşına İsrailin Qəzzaya hücumlarını dayandıra bilməz, lakin o, diplomatik səylərdən və sionist rejimə qarşı yeni sanksiyalardan əl çəkməyəcək. Bu bəyanatlar İspaniya ilə İsrail arasında gərginliyin artmasına və İspaniya səfirinin Təl-Əvivdən geri çağırılmasına səbəb olub.
İspaniyanın baş naziri Pedro Sançes vurğulayaraq deyib: "İspaniyanın nüvə bombası, təyyarədaşıyan gəmisi və böyük neft ehtiyatları yoxdur. İsrailin Qəzzaya hücumunu təkbaşına dayandıra bilmərik, lakin bu, səylərdən əl çəkmək demək deyil".
Daha sonra o, sionist rejimə qarşı doqquz yeni sanksiyalar paketini açıqladı:
İsraillə silah ticarətinə tam qadağa
İsrailin qeyri-qanuni yaşayış məntəqələrindən mal idxalına qadağa
İsrail hərbi yanacaq gəmilərinin İspaniya limanlarından keçməsinə qadağa
İsrail hərbi təyyarələrinin İspaniya hava məkanında uçmasına qadağa qoyulub
Qəzzada hərbi cinayətlərdə iştirak edənlərin İspaniyaya girişinə qadağa qoyulub
Qeyri-qanuni yaşayış məntəqələrinin sakinləri üçün konsulluq xidmətlərinin məhdudlaşdırılması
Rəfah keçidində Aİ sərhəd qüvvələrinin sayının artması
Fələstinlilər üçün yeni kənd təsərrüfatı və tibb layihələrinin həyata keçirilməsi
UNRWA-ya maliyyə yardımının artırılması (10 milyon avro) və Qəzza üçün humanitar büdcəyə 150 milyon avronun ayrılması
Sançes vurğulayıb ki, bu tədbirlər “fələstinlilərin əzablarını yüngülləşdirmək və Netanyahu hökumətinə təzyiqi artırmaq üçün” nəzərdə tutulub.
Sizin rəyiniz