Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist İsrail rejiminin Azərbaycandakı yeni səfiri bu ölkənini milli geyimini giyərək Bakıya gəlib.
AZERI SAHAR TV xəbər agentliyinin bildirdiyinə görə, İsrail səfirliyi rəsmi "X" səhifəsində Ronen Kraus-un diplomatik missiyaya başladığını həyəcanla xəbər verib.
Xatırladaq ki, ötən gün Krausun öz etimadnaməsini əvvəl Xarici İşlər Nazirliyinə, sonra isə prezident İlham Əliyevə təqdim edəcəyi bildirilmişdi. Daha sonra, O, Quba rayonunda yəhudilərin yaşadığı Qırmızı qəsəbəyə səfər edəcək.
Bu arada sionist səfirin Azərbaycana daxil olarkən bu müsəlman ölkəsinin milli geyimini murdarlaması İsrailin Azərbaycandakı fəaliyyətləri və diplomatik strategiyaları kontekstində çox ciddi və həssas məqamları əhatə edir.
Bununla əlaqədar bildirək ki, İsrailin keçmiş səfiri mütəmadi olaraq mediada və sosial platformalarda İrana qarşı təbliğat xarakterli çıxışlarla yadda qalıb. Bu fəaliyyət heç şübhəsiz Azərbaycanın İranla münasibətlərinə zərər vurmaq məqsədini güdürdü. Bu, xunta rejiminin öz maraqlarını regionda yaymaq, eyni zamanda Azərbaycan cəmiyyətini özünün anti-İran mövqeyinə cəlb etmək niyyəti ilə izah oluna bilər.
Yeni səfirin isə Azərbaycan milli geyimi ilə Bakıya gəlməsi simvolik bir jest kimi təqdim olunsa da, əslində bu tip davranışların arxasında bir neçə məqsəd gizlənə bilər: Xalq arasında populist imic yaratmaq – guya İsrail Azərbaycana və onun mədəniyyətinə hörmətlə yanaşır, ikincisi diplomat riyakarcasına xalqın etimadını qazanmaq və ictimaiyyətin diqqətini sionist rejimin Qəzzədəki cinayətlərindən yayındırmaq istəyir. Ona görə də belə davranışlar şəksiz xalqın dini-mədəni duyğularına təhqiramiz münasibət kimi qiymətləndiriləcək.
Digər tərəfdən bu jest həm də Azərbaycan cəmiyyətində İsrailə qarşı olan təbii və dini etirazları neytrallaşdırmaq üçün bir simvolik addımdır.
Nəhayət yeni sionist diplomatın gələcək fəaliyyətlərini indidən beləcə proqnoz etmək olar: Azərbaycanın daxili işlərinə qarışmaq, İranla münasibətləri pozmağa cəhd etmək, riyakarlıq naminə xalqın ürəyini ələ almaq və həqiqətləri manipulyasiya etmək. Heç şübhəsiz ki, riyakar səfir öz sələfləri kimi Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat və təbliğat bazası kimi istifadə olunmasına yol axtaracaq.
Sizin rəyiniz