Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei sionist rejimin İran xalqına qarşı başlatdığı 12 günlük müharibədə şəhid olmuş hərbçilərin, alimlərin və dinc vətəndaşların şəhadətlərinin qırxıncı günü münasibətilə keçirilən anım mərasimində bildirib:
“İran xalqı Allahın köməyi ilə imanı gücləndirmək və elmin müxtəlif sahələrinin genişləndirmək yolundan dönməyəcək. Və düşmənin xoşuna gəlməsə də İranı tərəqqi və qürur zirvəsinə çatdıracayıq.”
Mərasim bu gün İmam Xomeyni (rə) Hüseyniyəsində şəhid ailələrinin, müxtəlif ictimai təbəqələrin və bir sıra dövlət rəsmilərinin iştirakı ilə baş tutub.
Ayətullah Xamenei bu müharibəni İslam Respublikasının iradə və gücünün təzahürü, eləcə də onun sarsılmaz əsaslarının nümayişi adlandırıb.
İnqilab Rəhbəri İslam Respublikasının təməlini iki əsası üzərində, “din” və “elm” üzərində qurulduğunu vurğulayaraq bildiriblər:
“İran xalqı və gəncləri bu iki təmələ arxalanaraq müxtəlif sahələrdə düşməni geri çəkilməyə məcbur ediblər və bundan sonra da belə edəcəklər. Düşmənlərin nüvə proqramı, zənginləşdirmə və insan haqları bəhanələri gerçək səbəb deyil. Onların əsl narahatlığı və düşmənçiliyinin səbəbi İslam Respublikasının elmi, texniki, dini və humanitar sahələrdə ortaya qoyduğu yeni söz və bacarıqlardır.”
İmam Xamenei həzrətləri, son müharibədə şəhid olmuş komandir, alim və əziz vətəndaşların ailələrinə bir daha başsağlığı verərək bildirib:
“İran xalqı həmin 12 gündə böyük bir şərəfə nail oldu və bu gün dünya da bunu etiraf edir. Bu millət gücünü, dözümünü, əzmini və iradəsini ortaya qoydu və beləcə İslam Respublikasının qüdrətini hər kəs yaxından hiss etdi.”
Vəliyyi Fəqih Müslimin, cinayətkar Amerikanın başçılıq etdiyi qlobal təkəbbürün İslam Respublikasına qarşı çıxmasının əsas səbəbini din, elm, Quran və İslamın sayəsində yaranan iranlıların birliyi hesab edərək vurğulayıb:
“Onların nüvə, zənginləşdirmə və insan haqları kimi təqdim etdikləri bəhanədir. Onların narahatçılığının və müxalifətinin əsas səbəbi yeni diskursların ortaya çıxması, İslam Respublikasının müxtəlif elm və humanitar elmlər, texnologiya və din sahəsində əldə etdiyi imkanlarıdır.”
Sizin rəyiniz