Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümümdünya Müsəlmanlarının Ali Lideri Həzrət Ayətullah Xamenei bu gün səhər, 16.07.2025-ci il tarixdə, İmam Xomeyni (r) adına Hüseyniyyədə, İİR Ali Məhkəmə Sisteminin sədri, yüksək vəzifəli ədliyyə orqanı nümayəndələri və ölkənin bütün məhkəmə başçıları ilə görüş keçirib.
O, bu görüşdə İran xalqının son təcavüzkar müharibədə göstərdiyi böyük rəşadətini təhlil edərək, təcavüzkarların hesablamalarının və planlarının puç olduğunu vurğulayıblar.
İmam Xamenei Həzrətləri siyasi zövqlərin fərqli olmasına və dini baxışların müxtəlif olmasına baxmayaraq, əziz İranın müdafiəsində İran xalqının göstərdiyi böyük birliyinə işarə edərək vurğuladı: “Bu milli birliyi qorumaq hamının borcudur.”
İslam İnqilabının Rəhbəri daha sonra belə buyurdu: "Xalqın 12 günlük müharibədəki böyük işi iradə, qətiyyət və milli özünəinamdan qaynaqlanırdı. Çünki Amerika kimi bir gücə və onun zəncirlənmiş iti olan sionist rejimə qarşı durmaq ruhiyyəsinin və hazırlığının özü çox dəyərlidir".
Vəliyyi Fəqih Həzrətləri sabiq Pəhləvi rejiminin məmurlarından yayımlanmış xatirələrə işarə edərək, onların hətta gizli və qapalı iclaslarda belə Amerikaya etiraz etməyə cəsarət etmədiklərini qeyd edərək belə buyurdular: "İran o dövrlərdən bu günə qədər elə bir yerə çatıb ki, nəinki Amerikadan qorxmur, əksinə, onu qorxudur da. Bu milli ruhiyyə və iradə məhz İranı ucaldan və onu öz böyük arzularına çatdıran amildir".
Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri, həmçinin belə vurğuladı: "Həm dostlar, həm də düşmənlər bilməlidirlər ki, İran xalqı heç bir sahədə zəif tərəf kimi meydana çıxmayacaq.”
İmam Xamenei həzrətləri yenə də əlavə edərək vurğuladılar: “Biz həm məntiq, həm də hərbi güc kimi lazım olan bütün vasitələrə sahibik. Buna görə də, istər diplomatik sahədə, istərsə də hərbi sahədə meydana daxil olsaq, Allahın köməyi ilə güclü və əlidolu daxil olacağıq".
Sizin rəyiniz