16 iyul 2025 - 21:54
Source: SAHAR TV
Əraqçı ilə görüşdə Lavrov İranın nüvə məsələsinin diplomatik yolla həllini vurğulayıb

Öz iranlı həmkarı ilə görüşən Rusiya xarici işlər naziri İranın nüvə məsələsinin siyasi və diplomatik vasitələrlə həllini vurğulayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sergey Lavrov Çinin Tyantszin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri iclasının kənarında İran xarici işlər naziri Seyid Abbas Əraqçı ilə görüşdə, İranın nüvə məsələsinin diplomatik yolla həllini vurğulayıb.

Görüşdə İraqçı və Lavrov regional və beynəlxalq iş gündəmində ortaq maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Rusiya tərəfi bir daha İranın nüvə proqramı ətrafındakı böhranın sırf olaraq, beynəlxalq qanunlara uyğun şəkildə, siyasi və diplomatik yolla həllinin önəmini vurğulayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha