Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Silahlı çevriliş vasitəsi ilə Dəməşqə hakim kəsilən vəhhabi terrorçuları ilə faşist Təl-Əviv rejimi arasında münasibətlərin normallaşdırılması səylərinin davamında Suriya terrorçularının lideri Məhəmməd Qolaniyə yaxın suriyalı mənbə indiyədək Bakıda Dəməşq rəsmiləri ilə İsrail rəsmiləri arasında iki görüşün keçirildiyini açıqlayıb.
O, İsrailin i24 News telekanalına verdiyi müsahibədə üçüncü görüşün keçirilməsi ehtimalının olduğunu və Məhəmməd Qolaninin bu görüşlərdən ən azı birində iştirak etdiyini bildirib.
Görüşlərdə Qolani vəhhabi rejiminin xarici işlər naziri Əsəd əl-Şeybani və təhlükəsizlik koordinasiyasının rəhbəri Əhməd əl-Dəlatinin iştirakı nəzərdə tutulub. Digər tərəfdən, İsrail nümayəndə heyətinə yüksək səviyyəli təhlükəsizlik və hərbi xadimlər eləcə də İsrailin baş naziri Binyamin Netanyahunun xüsusi nümayəndəsi daxildir.
Qolani rejimindəki mənbə I24 News –a bildirib: “Bu görüşlərdə müzakirə olunan mövzular çox həssas və genişdir və Suriya ilə İsrail arasında nəzərdən keçirilən təhlükəsizlik razılaşmasının təfərrüatları, İranın Suriya və Livandakı rolu, Hizbullah və Fələstin qruplarının silah imkanlarının məhdudlaşdırılması, Livandakı fələstinli qaçqın düşərgələrinin vəziyyəti və Qəzzəli qaçqınların bölgədəki gələcəyi barəsindəki məsələləri əhatə edir”.
Bu görüşlərin məqsədlərindən biri də Dəməşqdə İsrail koordinasiya ofisinin açılmasıdır; təbii ki, rəsmi diplomatik statusa malik olması gözlənilməyən ofis.
Suriyalı mənbə də bunu vurğulayıb: “Bu görüşlər üçün Bakının seçilməsi İran İslam Respublikasına aydın mesaj vermək üçün Təl-Əviv və Vaşinqtonun birgə qərarı idi”.
O, bu mesajın dəqiq mənasını və daşıdığı əhəmiyyətini açıq şəkildə qeyd etməyib.
Sizin rəyiniz