Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Təxminən üç aylıq Qəzzanın blokadası və humanitar fəlakət təhlükəsindən sonra sionistlər bir neçə yardım maşınının məhdud girişinə razılıq verdilər.
Mütəxəssislər faşist yəhudi rejiminin bu hərəkətini ictimai rəyin təzyiqindən xilas olmaq üçün aldadıcı hərəkət kimi qiymətləndirirlər.
Fələstinin Ramallah şəhərindən olan şəbəkə üzrə ekspert Mustafa Barquti 80 gündür Qəzzaya çörək, su və dərmanların çatdırılmadığını açıqlayıb. Uşaqlar aclıqdan və bu cinayətkar mühasirədən həyatlarını itirirlər.
Beş yük maşınının Qəzzaya daxil olması ilə bağlı o, sionistlərin açıqlamalarının son dərəcə aldadıcı və qəbuledilməz olduğunu və bu hərəkətin sadəcə olaraq öz cinayətlərini ört-basdır etmək üçün aldadıcı və riyakar bir şou olduğunu bildirib.
“Qəzzanın özünü xilas etməsi üçün gündə 1000 yük maşını yardıma ehtiyacı var.”- deyə ekspert Mustafa Barquti bildirib.
O, bəyan edib ki, dünya ölkələri təhdid etmək əvəzinə dərhal bu cinayətkar rejimə qarşı sanksiyalar tətbiq etməlidir.
Barquti inanır ki, Amerika faşist İsrail rejiminin baş naziri Benyamin Netanyahunu dayandıra bilər, amma istəmir!
Sizin rəyiniz